2025-ci ilin ilk altı ayında Azərbaycan Respublikasının Dövlət Neft Fondundandan dövlət büdcəsinə transfertin məbləği 7 milyard 240,5 milyon manat təşkil edib.
Bu barədə FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.
"2025-ci ilin ilk altı ayında dövlət büdcəsinin gəlirlərinin 7 milyard 240,5 milyon manatı və ya 36,6 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşüb, - Nazirliyin yaydığı məlumatda bildirilir.
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 850 milyon manat və ya 13,3 faiz azalıb.
2025-ci ilin ilk altı ayındaAzərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 8 milyard 815,9 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 427 milyon manat və ya 4,6 faiz az), xərcləri 7 milyard 264,8 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 862,1 milyon manat və ya 13,5 faiz çox) olmuşdur.