Dövlət Neft Fondu (ARDNF) 2024-cü ilin ilk yarısına olan maliyyə göstəricilərini açıqlayıb.
FED.az Fondun məlumatına istinadən xəbər verir ki, ilk yarım ildə Neft Fondunun aktivləri təqribən 2 milyard dollar artaraq 2024-cü il iyun ayının 30-na 58 milyard dolları keçib.
İlin əvvəli ilə müqayisədə aktivlər 3,4% artıb, xatıroadaq ki, bu il yanvarın 1-ə Neft Fondunun aktivləri 56 milyard 70 milyon dollar idi.
2024-cü ilin yanvar-iyun ayları ərzində Neft Fondunun gəlirləri 9 milyard 254,9 milyon manat, xərcləri isə 6 milyard 414,4 milyon manat təşkil edib.
Neft Fondunun gəlirlərinin byöük hissəsi əvvəlki kimi neft-qaz müqavilələrindən daxil olub. 2024-cü ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6 milyard 436,5 milyon manat olub.
Bura aiddir:
- mənfəət neftinin və qazın satışından 5 milyard 657,0 milyon manat,
- bonus ödənişləri 775,9 milyon manat,
- tranzit gəlirləri 0,3 min manat,
- akrhesabı ödənişləri 3,6 milyon manat.
Fondun valyuta vəsaitlərinin idarə olunmasından əldə edilən investisiya gəliri isə 2 milyard 818,4 milyon manat təşkil edib.
Başqa sözlə, fondun gəlirlərinin 70%-i ənənəvi olaran neft-qaz müqavilələrindən, 30%-i isə investisiya gəlirlərindən, yəni əldə olan vəsaitlərin idarə olunmasından daxil olub.
Hesabat dövrü ərzində Neft Fondundan dövlət büdcəsinə 6 milyard 390,5 milyon manat köçürülüb. Yarım ildə gənclərin xaricdə təhsil alması üçün 7,1 milyon manat ayrılıb, daha 5,2 milyon manat isə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə sərf edilib. Yarım ildə Neft Fondunun idarə edilməsinə, inzibati və əmək haqqı xərclərinə 11,6 milyon manat xərclənib. dməsinə Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 11,6 milyon manat təşkil etmişdir.
Neft Fondu bu dövrdə valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq hesabına 441,5 milyon manat gəlir əldə edib.
Fondun aktivlərinin idarə edilməsindən əldə edilən gəlirlərə gəldikdə əsas töhfə səhm investisiyalarının payına düşür. İnkişaf etmiş ölkələrin iqtisadiyyatlarında yuxarı faiz dərəcələrinə baxmayaraq aşağı işsizlik dərəcələrinin qalması istehlak göstəricilərinə, o cümlədən ÜDM – nin artım tempinə müsbət təsir etmişdir. Həmçinin, süni intellekt texnologiyasındakı irəliləmələr və bu istiqamətdə optimist gözləntilər informasiya texnologiyaları səhmlərinə əhəmiyyətli dəstək vermişdir. Sadalananlar əsasında cari ilin ilk yarımilində səhm bazarlarında yüksək gəlirlilik müşahidə olunmuşdur.
Bazar iştirakçıları və Mərkəzi bankların uçot dərəcələri ilə bağlı gözləntilərinin tədricən uzlaşması fonunda ötən rüblərə nəzərən maliyyə bazarlarında faiz dərəcələri ilə qeyri-müəyyənlik səngiməkdədir. Nəticədə, həm dərc olunan göstəricilər, həm də proqnozlar əsasında növbəti rüblərdə uçot dərəcələrinin aşağı düşməsi gözləntiləri kapital bazarlarında nikbin mühit formalaşdırır.