Bu ilin mart ayında Azərbaycan Respublikası Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 397,8 mln. ABŞ dolları məbləğində vəsait satılıb.
Eləcə də bax: Qonşu ölkələrdəki valyuta ucuzlaşmaları Azərbaycana - Necə Təsir Edir?
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı və ARDNF-nin məlumatlarına görə, bu göstərici fevral ayı ilə müqayisədə 9%, 2020-ci ilin mart ayı ilə müqayisədə isə 4,8 dəfə azalıb.
Cari ilin I rübündə isə Neft Fondu valyuta hərraclarında 1,480 mlrd. dollar məbləğində vəsait satıb ki, bu da 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 46,6% azdır. (Apa)