Bu ilin yanvar-oktyabr aylarında Dövlət Neft Fondu (ARDNF) 5 milyard 919,4 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
Dollar tələb olunub, Mərkəzi Bank xüsusi satış həyata keçirib - Valyuta ehtiyatları azalıb
FED.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.
Təkcə oktyabrda isə ARDNF-in valyuta satışının məbləği 174,4 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 13,9 % azdır.
Bu il ARDNF-dən dövlət büdcəsinə transfert 12 milyard 781 milyon manat təşkil etməlidir. 10 ay ərzində bunun 10 milyard 650,8 milyon manatı təmin olunmalı idi. Hesabat dövründə Fondun valyuta satışından əldə etdiyi vəsait isə bundan təxminən 587,8 milyon manat az - 10 milyard 63 milyon manat olub.