Azərbaycan Respublikası Neft Fondu (ARDNF) tərəfindən 2020-ci il ərzində valyuta hərraclarında 7,304 mlrd. ABŞ dolları məbləğində vəsait satılıb.
Eləcə də bax: ARDNF dövlət büdcəsinə 112 mlrd. manatdan çox vəsait - Transfert Edib
FED.az xəbər verir ki, ARDNF-nin hesabatına görə, hərraclarda satılan valyutanın həcmi 2019-cu il ilə müqayisədə 11% artıb. (Apa)
Qeyd edək ki, ötən il satışların pik həddi mart ayına təsadüf edib. Sözügedən ayda Neft Fondu 1,928 mlrd. dollar satıb.