Azərbaycan Dövlət Neft Fondu (ARDNF) inflyasiyadan qorunmaq üçün effektiv vasitə olaraq, xüsusən iqtisadi qeyri-müəyyənlik və artan geosiyasi risklər dövründə rezervlərin dəyərini qorumaq məqsədilə investisiya portfelində qızılın payını artırıb.
Neft Fondundakı pullar - 60 MİLYARD DOLLARI KEÇDİ
FED.az xəbər verir ki, bunu Fondun icraçı direktoru İsrafil Məmmədov bildirib.
"Ötən il Fond öz portfelində sığorta rolunu oynayan qızılın çəkisini artırıb və bununla bağlı ilin ilk 9 ayında 25 tondan çox qızıl alınıb", - deyə o qeyd edib. (Report)