Cari ilin yanvar-mart aylarında Dövlət Neft Fondu dövlət büdcəsinə 3 milyard 210 milyon manat vəsait köçürüb.
ARDNF-in aktivləri 74 milyard dollara yaxındır
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, dövlət büdcəsinə transfert ötən ilin eyni dövrü ilə müqayisədə 410,3 milyon manat və ya 11,3% azalıb.
Ötən il Fonddan dövlət büdcəsinə köçürülmüş vəsaitin məbləği 3 milyard 620,3 milyon manat idi.













