Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il büdcə layihəsində Fonda mədaxil olunması üçün satılması proqnozlaşdırılan mənfəət neftindən və qazdan 5 milyard 763,1 milyon ABŞ dolları və ya 9 milyard 797,3 milyon manat gəlir əldə etməsi gözlənilir.
Neft Fondunun aktivləri 60 milyard dolları keçib
FED.az xəbər verir ki, bu Azərbaycan Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində əks olunub.
Qeyd edilib ki, proqnozlaşdırılan gəlir 2023-cü il faktiki icra göstəricisindən 4 721,7 milyon manat və ya 32,5%, 2024-cü il proqnoz göstəricisindən 400,3 milyon manat və ya 3,9%, 2024-cü il gözlənilən icra göstəricisindən isə 1 870,8 milyon manat və ya 16% azdır.
Bildirilib ki, Dövlət Neft Fondunun 2025-ci il büdcə layihəsində Fonda mədaxil olunması üçün satılması proqnozlaşdırılan mənfəət neftindən və qazdan əldə olunacaq məbləğ müəyyən edilərkən aşağıdakı yataqlardakı neftin və qazın hasilatından Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin və qazın miqdarı nəzərə alınıb: