Azərbaycan Respublikası Dövlət Neft Fondu 01 mart 2024-cü il tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlərini açıqlayıb.
FED.az Fonda istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-fevral dövründə AÇG yatağından gəlirlər 862 miylon ABŞ dolları, Şahdəniz yatağından (qaz və kondensat) gəlirlər isə 78,5 milyon ABŞ dolları təşkil edib.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 15,7 milyon ABŞ dolları olub.