Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 01 oktyabr 2023-cü il tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirləri açıqlayıb.
FED.az xəbər verir ki, 01.01.2023-01.10.2023 dövründə AÇG yatağından gəlirlər 5 milyard 234 milyon ABŞ dolları, Şahdəniz yatağından (qaz və kondensat) isə 1 milyard 183 milyon ABŞ dolları təşkil edib (cəmi 6 milyard 417 milyon dollar).
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 259 milyon 554 min ABŞ dolları təşkil edib.