2023-cü ilin 8 ayı ərzində (01.01.2023 - 01.09.2023 tarixinə) Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) üzrə gəlirləri 4 milyard 728 milyon ABŞ dolları təşkil edib.
FED.az xəbər verir ki, Fondun yaydığı məlumata görə, Şahdəniz yatağından (qaz və kondensat) gəlirlər isə 1 milyard 183 milyon ABŞ dolları olub.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 259 milyon 554 min ABŞ dolları təşkil edib.