Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2026-cı ilin yanvar–sentyabr aylarında dövlətin payına düşən karbohidrogenlərin satışından təxminən 4,58 milyard ABŞ dolları (7,78 milyard manat) xalis gəlir əldə edib.
Maliyyə Nazirliyi: Neftin qiymətindəki dəyişikliklər ARDNF-in aktivlərinə 1,8 milyard dollara qədər təsir edə bilər
FED.az xəbər verir ki, bu barədə ARDNF-dən bildirilib.
Fondun məlumatına görə, 2026-cı ildə dövlətin payına düşən karbohidrogenlərin satışından 5,03 milyard ABŞ dolları (8,55 milyard manat) xalis gəlir əldə edilməsi nəzərdə tutulub.
İlin ilk üç rübünün yekunlarına əsasən, həmin göstərici üzrə illik plan 91% icra edilib. Bu isə hesablamalara görə, təxminən 4 milyard 577,3 milyon ABŞ dolları və ya 7 milyard 781,4 milyon manat deməkdir.
ARDNF qeyd edib ki, dövlətin mənfəət payına düşən karbohidrogenlərin satışından xalis gəlirlər faktiki satış qiymətləri əsasında, müvafiq satış xərcləri çıxılmaqla formalaşır. (Apa)













