Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışından əldə olunan vəsait Nazirliyin bu məqsəd üçün açdığı xüsusi hesabına köçürüləcək.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiq olunan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydasında öz əksini tapıb.
Qeyd olunub ki, mənzillərin satışından əldə olunan vəsaitdən Fərmanın 3.2.1–3.2.3-cü yarımbəndlərində nəzərdə tutulan şəxslər üçün mənzillərin alınması, fərdi evlərin tikintisi, o cümlədən layihə-smeta sənədlərinin hazırlanması və ekspertizasının aparılması, xarici kommunikasiyalara qoşulması, satışa çıxarılan mənzillərin qiymətləndirilməsi, satışın rəsmiləşdirilməsi ilə bağlı xərclərin ödənilməsi məqsədilə bu Qaydanın 3.3-cü bəndinə uyğun təsdiq edilən gəlir və xərclər smetası əsasında istifadə edilir.
Mənzillərin satışından əldə olunan vəsait üzrə gəlir və xərclər smetası, bu Qaydanın 3.4-cü bəndi nəzərə alınmaqla, Nazirlər Kabinetinin təsdiq etdiyi Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnaməyə uyğun olaraq təsdiq olunur.
İlin sonuna Nazirliyin xüsusi hesabında qalan xərclənməmiş vəsaitdən növbəti ildə bu Qaydanın 3.2-ci bəndində göstərilən xərclərinin maliyyələşdirilməsi üçün bu Qaydaya uyğun olaraq istifadə edilir.