Vergidən azad edilmiş gəlir əldə edən şəxs və ya fərdi sahibkar digər vergiödəyiciləri kimi, vergi orqanına bəyannamə təqdim etməli və azad olunmuş gəlirlərini bəyannamənin müvafiq azadolma sətirlərində əks etdirməlidir.
FED.az xəbər verir ki, Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, həmin şəxslər bu gəlirlərini vergi orqanına bəyan etmədiyinə görə, onlara bəyan edilməmiş gəlirin 6 faizi miqdarına maliyyə sanksiyası tətbiq ediləcək. Bu maliyyə sanksiyası kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün isə 2020-ci il yanvarın 1-dən tətbiq olunacaq.