2018-ci ildə təxminən 1500-ə yaxın səyyar vergi yoxlaması aparılıb.
FED.az xəbər verir ki, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov yanvarın 29-da Bakıda keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans çərçivəsində sahibkarlarla aparılan müzakirələr zamanı deyib.
Onun sözlərinə görə, keçən il aparılan səyyar vergi yoxlamaları 2017-ci ilə nisbətən 3 dəfə azalıb.
Eləcə də bax: "16 mindən çox sahibkara 1 milyard manatdan çox güzəştli kredit verilib"