“Azərbaycanda dövlət idarəetməsi xərclərinin yüksək olması ilə bağlı fikirlərlə razı deyiləm”.
FED.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı millət vəkillərinin irəli sürdüyü təklif və iradlara cavab verərkən deyib.
Onun sözlərinə görə, dövlət idarəetməsi xərclərinə konkret rəqəmlər əsasında baxılmalıdır: “Bu məsələdə faiz əsasında baxılması mümkün deyil. Bu məsələyə faizlə baxılması ədalətli deyil. Bununla yanaşı, prezident İlham Əliyevin tapşırığı ilə 2017-ci ildə islahat xarakterli tədbirlər görülüb. Bunun nəticəsində dövlət 17 milyon manatdan yuxarı vəsaitə qənaət edib”.
Nazir: “17 milyon manatdan çox vəsaitə qənaət olunub”
18:00
22 Noy 2017