"Maliyyə Nazirliyi bilavasitə manatın məzənnəsinə təsir göstərən qurum deyil".
Eləcə də bax: Deputat hökumətdən manatın kursunun dəyişməyəcəyinə - ZƏMANƏT İSTƏYİR
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu nazir Samir Şərifov manatın məzənnəsinə hər hansı təhdidin olub-olmaması ilə bağlı sualı cavablandırarkən bildirib.
“Çalışırıq ki, büdcə xərcləri manatın ucuzlaşmasına xidmət etməsin. Bu baxımdan Azərbaycan Mərkəzi Bankı ilə əlaqələndirilmiş siyasət aparırıq. 2022-ci ilin dövlət büdcəsinin xərcləri manatın hazırkı məzənnəsi ilə götürülüb", - o qeyd edib.