“Bu gün bizim xarici dövlət borcumuz o qədər də yüksək deyil”.
Eləcə də bax: Gələn il dövlətə 2 milyard manat borc lazım olacaq, 225 milyon manat - FAİZ ÖDƏNİLƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
“Bu ildə "Dövlət borcunun idarəedilməsi strategiyası"nın yenilənməsi də nəzərdə tutulur”, - nazir vurğulayıb.
S.Şərifov bildirib ki, Azərbaycan xarici dövlət borcunu azaltmaq niyyətindədir: “Məqsədimiz odur ki, xarici dövlət borcunun xüsusi çəkisini azaldaq, daxili dövlət borcunun xüsusi çəkisini isə artıraq”.