"Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin ilk 4 ayında büdcənin gəlirləri, ümumilikdə, 44 milyon 867 min manat proqnoza qarşı 55 milyon 878 min manat icra olunmaqla proqnoza 124,5 faiz əməl olunub. Bu məbləğ 2022-ci ilin analoji 4 ayı ilə müqayisədə 5 milyon 482 min manat çox icra edilib. Yığılan vəsaitin 51 milyon 61 min manatı vergi orqanlarının xətti ilə, 3 milyon 188 min manatı yol vergisi şəklində büdcəyə daxil olub. Vergi orqanları tərəfindən proqnoza 118,3 faiz əməl edilib".
Naxçıvanın 2022-ci il üzrə büdcəsinin icrası - TƏSDİQ EDİLİB
FED.az xəbər verir ki, bu fikirləri Naxçıvan Muxtar Respublikasının Baş Naziri Səbuhi Məmmədov bildirib. Eyni zamanda, Naxçıvan-Bakı-Naxçıvan istiqamətindəki avtobus marşrutlarının fasiləsiz şəkildə hərəkəti təmin edilib: "Müvafiq marşrutla cari ilin 4 ayı ərzində Naxçıvandan Bakıya 323 reys edilərək, 9737 sərnişin, Bakıdan Naxçıvana isə 325 reys olmaqla, 8928 sərnişin daşınıb. Muxtar respublikada sərnişin daşımalarda, 2023-cü ilin ilk 4 ayı ərzində yerli hava xətləri ilə Bakı-Naxçıvan-Bakı və Naxçıvan-Gəncə istiqamətlərində 95 min 139 sərnişin, 1 508 ton baqaj, 495 ton yük, 6,5 ton poçt daşınıb. Beynəlxalq hava xətti ilə Naxçıvan–İstanbul və Naxçıvan-Moskva istiqamətlərində min 642 sərnişin və 27,6 ton baqaj daşınıb". (Apa)