"Naxçıvan İpoteka Fondu" ASC-də yoxlama keçirilir.
FED.az xəbər verir ki, yoxlama Azərbaycan Hesablama Palatası tərəfindən keçirilir.
Hesablama Palatasından bildirilib ki, 2025-ci ilin iş planına əsasən "Naxçıvan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətində nəzarət tədbiri həyata keçirilir və “Hesablama Palatası haqqında" qanunun 22-ci maddəsinə uyğun olaraq audit prosesi davam edir. (Apa)