Bu ilin I rübündə qlobal miqyasda nağdsız ödənişlər ötən ilin eyni dövrü ilə müqayisədə 40% artıb.
FED.az xəbər verir ki, bu barədə “MasterCard” beynəlxalq ödəniş sisteminin 19 ölkədə 17 mindən çox insan arasında apardığı araşdırmada qeyd olunub.
Məlumata görə, bu ilin yanvar-mart aylarında hər 10 nəfərdən 8-i kontaktsız ödəniş etməyə üstünlük verib. Cari dövrdə supermarketlərdə aparılan təmasız əməliyyatlar, bütün digər kart ödənişlərinə nisbətən 2 dəfə çox artıb.
Bundan başqa, hesabat dövründə Asiya-Sakit Okean regionunda təmasız ödənişlər 2,5 dəfə, Orta Şərqdə və Afrikada 4 dəfə, Şimali Amerikada 3 dəfə artıb.
Report