14 dekabr tarixində Bakı Konqres Mərkəzində “Maddələrin ritmi” sloqanı ilə 600-dən çox mühasib, maliyyəçi və digər qonaqların iştirakı ilə möhtəşəm bağlanış tədbiri baş tutub.
FED.AZ xəbər verir ki, Mühasib İnkişaf Layihəsi vergilər üzrə təlimçi Elşən Yusifzadənin təşkilatçılığı ilə cari ilin 06 oktyabr tarixindən 600-dən çox mühasib, aparcı mühasib, baş mühasib və maliyyəçinin iştirakı ilə başlamış və iştirakçılar arasında böyük maraq yaratmışdır.
Layihənin əsas məqsədi vergi qanunvericiliyinin düzgün tətbiqinə yönləndirilmiş, vergi məsələləri üzrə mütəxəssis və təlimçi Elşən Yusifzadə iştirakçılarla öz bilik və praktiki təcrübələrini bölüşmüşdür. Həmçinin, bağlanış tədbirində vergilər üzrə ekspert Anar Bayromov spiker qismində çıxış etmişdir. Tədbirdə Mühasib İnkişaf Layihəsində iştirak edən mühasib və maliyyəçilərə sertifikat və xatirə hədiyyələr təqdim olunub.
https://www.instagram.com/vm.edu.az?igsh=MWRmYnJscWc0NHJmOQ==















