Sosial ödənişlərə aid bank kartlarının müddətinin uzadılması, itirilmiş və ya yararsız hala düşmüş kartların yenisi ilə əvəz olunması həm Beynəlxalq Bank, həm də Kapital Bankın özləri tərəfindən həyata keçirilir.
Eləcə də bax: DİN-dən bank kartları ilə bağlı - Xəbərdarlıq!
FED.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib. Qeyd edilib ki, yeni təyin olunmuş sosial ödənişlərin alınması üçün bank kartlarının sifarişi isə (həm Beynəlxalq Bank, həm Kapital Bank üzrə) Dövlət Sosial Müdafiəsi Fondu tərəfindən edilir.
Beynəlxalq Bankın pandemiya dövründə müddəti bitmiş kartlarının müddəti həmin bank tərəfindən hər ay üçün sonrakı ay üzrə bir ay artırılır. Bankın filialları hazırda 2021-ci ilin may, iyun, iyul aylarında müddəti bitmiş kartların yenisi ilə əvəz olunmasını həyata keçirir.
Bu il üçün pandemiya dövründə Kapital Bankın sosial ödənişlərə aid olan, müddəti bitmiş kartlarının müddəti isə 31.12.2021-ci il tarixinədək uzadılıb. (Apa)