Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üçün 2024-cü ilin dövlət büdcəsi xərclərinin 25,5 faizi həcmində və ya 9 milyard 377,7 milyon manat məbləğində vəsait nəzərdə tutulub.
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Bu da 2023-cü ilin proqnozuna nisbətən 489,3 milyon manat və ya 5,5 faiz çoxdur.