12:00 - Moskva birjasında ticarət zamanı dolların məzənnəsi tarixi maksimumu yeniləyərək 110 rubldan yuxarı qalxıb.
Eləcə də bax: Rusiyada dollar alanlardan - 30% KOMİSSİYA TUTULACAQ
XXX
11:41 -Moskva birjasında valyuta alqı-satqısı zamanı rubl dollar və avroya nisbətdə möhkəmlənib.
FED.az xəbər verir ki, Bakı vaxtı ilə saat 11:17-ə olan məlumata əsasən, dolların məzənnəsi 104,5 rubl (-1,43%) səviyyəsində olub. Avronun məzənnəsi 0,34% azalaraq 115 rubl təşkil edib.
Moskva vaxtı ilə saat 11:00-a olan məlumata görə, dolların məzənnəsi 6,62% azalaraq 99 rublu, avronun məzənnəsi 113,72 rublu (-1,46%) görüb.
Rusiya Mərkəzi Bankı Moskva birjasında birja ticarətini martın 3-də bərpa etməmək qərarına gəlib; martın 4-də ticarətlə bağlı qərar həmin gün Moskva vaxtı ilə saat 09:00-dan gec olmayaraq veriləcək. (Marja)