Moskva birjasında hərraclar zamanı dollar və avronun məzənnələri öz tarixi maksimumlarını yeniləyib.
FED.az xəbər verir ki, rubl 10-15%-dən çox ucuzlaşıb. Ticarət məlumatlarına görə, dollar 120,83 rubla, avro isə 131 rubla çatıb.
Moskva vaxtı ilə saat 12:47-yə olan məlumata əsasən, avronun məzənnəsi 131 rubla (+10,09%), dolların məzənnəsi 120,83 rubla (+15,08%) kimi yüksəlib. (Marja)