Moskva birjasında dolların məzənnəsinin ucuzlaşması davam edir.
2024-cü ilin 1-ci rübündə rublun bahalaşacağı proqnozlaşdırılır
FED.az xəbər verir ki, bu gün ABŞ dollarının məzənnəsi 88 rubldan aşağı enib.
Qeyd edək ki, Rusiyanın valyuta bazarının dinamikasında dönüş nöqtəsi oktyabrın 11-də baş verib. Belə ki, həmin gün axşam saatlarında məlum olub ki, prezident Vladimir Putin ixracatçılar tərəfindən valyuta gəlirlərinin məcburi repatriasiyası və satışı haqqında fərman imzalayıb.
O vaxtdan bəri dollar mütləq ifadədə 12 rubldan dən çox dəyər itirib və noyabrın 21-də keçirilən hərracda ₽88-dən aşağı düşüb. Minimal olaraq valyuta bir dollar üçün 87,655 ₽ səviyyəsində ticarət olunub.
Ekspertlər rublun niyə bahalaşdığı və Rusiya valyutasını qarşıda nə gözlədiyini açıqlayıb.
Fond bazarı üzrə ekspert Mixail Zeltser deyir ki, dolların məzənnəsi bazarda valyutalara tələb və təklif balansının dəyişməsi səbəbindən aşağı düşür.
Onun sözlərinə görə, rubl Rusiya Bankının sərt monetar siyasəti ilə dəstəklənir: “Bu, kredit fəaliyyətini məhdudlaşdırır və idxal üçün xarici valyuta alışını daraldır”.
Zeltser əlavə edib ki, Rusiya valyuta bazarında xarici valyuta təklifi də ixracatçıların gəlirlərinin repatriasiyası çərçivəsində xarici valyuta satışının artması səbəbindən artıb.
“Finam” maliyyə qrupunun analitiki Aleksandr Potavin də son bir ayda rublun möhkəmlənməsində xarici valyuta gəlirlərinin satışının bərpasını mühüm amil hesab edir: “Bu, mahiyyət etibarilə,ixrac gəlirləri bazarına nəzarət formasıdır, necə ki, 2022-ci ilin yazında bu baş vermişdi".
"VTB Mənim investisiyalarım" brokerinin investisiya strateqi Aleksey Mixeev isə bildirib ki, USD/RUB məzənnəsi beynəlxalq valyuta bazarında dolların ümumi zəifləməsi ilə əlaqədar olaraq azalır. Onun sözlərinə görə, noyabrın 13-dən 21-dək olan həftə ərzində avro-dollar valyuta cütü 1,07-dən 1,095-ə kimi möhkəmlənib.
"Marjinal mövqelərin satış dalğası bitəndən, yəni spekulyativ məqsədlər üçün valyutanı indiki qiymətindən və həmçinin kreditlə xeyli baha alan bazar iştirakçılarının dalğası keçəndən sonra dollar sabitləşə bilər. Çox güman ki, noyabrda qısamüddətli də olsa, 1 dolların 90 rubla qayıdışını görəcəyik. Lakin xarici valyutalar qarşısında mənfi və eyni zamanda rubl üçün müsbət amillər ən azı altı ay qüvvədə qalacaq”, - deyə Mixail Zeltser hesab edir. (Apa)