Moody's 2023-24 Qlobal Macro Outlook hesabatının avqust buraxılışını dərc edib.
Türkiyə iqtisadiyyatı II rübdə - 4% BÖYÜYÜB
FED.az xəbər verir ki, hesabatda Türkiyə iqtisadiyyatının bu il 4,2 faiz, gələn il isə 3 faiz artmasının gözlənildiyi bildirilib.
Moody's may ayında açıqladığı proqnozlarında Türkiyə iqtisadiyyatının bu il 2,6 faiz, gələn il isə 2 faiz artacağını proqnozlaşdırmışdı.
Hesabatda 2023-cü ilin ilk yarısında ABŞ, İngiltərə, Kanada, Fransa, Braziliya, Meksika, Hindistan və Türkiyə başda olmaqla bir çox ölkədə iqtisadi fəallığın gözləntiləri üstələdiyi bildirilib.
İnflyasiya proqnozlarının da yer aldığı hesabatda Türkiyədə ilin sonuna inflyasiyanın bu il 51,2 faiz, gələn il isə 48,7 faiz olacağı gözlənilir.
“Sərt maliyyə şərtləri qlobal iqtisadi artımı boğmağa davam edəcək”
Hesabatda deyilir ki, sərt maliyyə şərtləri bu il qlobal iqtisadi artımı boğmağa davam edəcək və onu 2024-cü ildə trenddən aşağı saxlayacaq .
G20 ölkələrinin iqtisadiyyatlarının keçən il 2,7 faiz böyüdüyünü xatırladan hesabatda, bu iqtisadiyyatların 2023-cü ildə 2,5 faiz, gələn il isə 2,1 faiz azalacağı gözlənilir.
Moody's daha əvvəl G20 ölkələrinin iqtisadiyyatlarının bu il 2,1 faiz, gələn il isə 2,2 faiz artacağını proqnozlaşdırmışdı.
Çin iqtisadiyyatının əhəmiyyətli artım çətinlikləri ilə üzləşdiyinə diqqət çəkən hesabatda ölkə iqtisadiyyatı üçün bu il artım proqnozu 5 faiz səviyyəsində saxlanılarkən, 2024-cü il üçün 4,5 faizdən 4 faizə endirilib.
Hesabatda ABŞ-da tənəzzül riskinin azaldığı, bununla belə, inflyasiyanın ABŞ Federal Ehtiyat Sisteminin (FED) hədəfinə düşməsi üçün trenddən aşağı istehsalın tələb olunduğu bildirilib.
Hesabatda ABŞ iqtisadiyyatının bu il üçün artım proqnozu 1,1 faizdən 1,9 faizə, gələn il üçün isə 0,9 faizdən 1 faizə qaldırılıb.
Hesabatda inflyasiyanın gözlənildiyi kimi aşağı düşdüyü və gələn il azalmağa davam edəcəyi bildirilsə də, risklərin davam etdiyi qeyd edilib. Hesabatda deyilir ki, əsas mərkəzi banklar 2024-cü ilə qədər məhdudlaşdırıcı siyasət mövqelərini qoruyacaqlar. (Marja)