Beynəlxalq kredit reytinqi agentliyi "Moody's İnvestor Service", Türkiyə iqtisadiyyatının böyük bir ehtimalla durğunluğa girdiyini açıqlayıb.
Moody's Türkiyənin 2019-cu ilin ortasına qədər hər rübdə geriləyəcəyini gözləyir.
"Qlobal Makro Mənzərə: 2019-2020 "hesabatında Türkiyənin xarici şoklara qarşı həssas qalmağı davam etdirdiyini bildirən Moody's görə, Türkiyə və Argentina iqtisadiyyatlarında gələcək rüblərdə "sərt kiçilmə" baş verə bilər.
İqtisadiyyatda kiçilmə, tənəzzül vəziyyətinə durğunluq deyilir. Bir ölkə iqtisadiyyatında ardıcıl iki rüb Ümumi Daxili Məhsulun azalması baş vermişdirsə, o iqtisadiyyatda durğunluq söz mövzusudur. Ölkə iqtisadiyyatında artım sürətinin, əhali artımı sürətindən daha aşağı olması səbəbilə adambaşına düşən milli gəlirin yerində sayması da durğunluq hesab edilir.