Ermənistanla sülh sazişinin tamamlanması Azərbaycan üçün regionun sabitliyi ilə bağlı narahatlıqları aradan qaldıra və inkişaf yönümlü impulsları, eləcə də xarici sərmayə marağını stimullaşdıra bilər.
“Moody’s”: Azərbaycan neft-qazdan asılılığını azaldır
FED.az xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında bildirilib.
Qeyd edilib ki, bu, həm də Azərbaycanın müxtəlif sahələrdə iqtisadi inkişafını dəstəkləyə bilər: “Bu, hökumətin regionu rəqəmsallaşmış, yaşıl zona kimi inkişaf etdirmək və qeyri-neft sektorlarından – turizm, kənd təsərrüfatı, qida və digər sənaye hədəflərini həyata keçirməsi baxımından iqtisadi diversifikasiyaya daha da töhfə verə bilər. Əlavə olaraq, regional sabitliyin yaxşılaşması son üç ildə tranzit həcmlərində əhəmiyyətli artım müşahidə olunan Orta Dəhlizin cəlbediciliyini və davamlılığını gücləndirə bilər”.
“Moody’s” martın 13-də iki ölkə arasında sülh sazişinin şərtləri üzrə razılığın əldə olunmasını müsbət addım kimi dəyərləndirsə də, yaxın gələcəkdə gərginlikləri dayanıqlı şəkildə həll edəcək sazişin imzalanmasını gözləmədiyini açıqlayıb: "Aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyev sülh sazişinin imzalanması üçün Ermənistanın konstitusiyasından əraziyə dair müddəanın çıxarılması və ATƏT-in Minsk Qrupunun buraxılması tələblərini bir daha təkrarladı. Bu şərtlər çox güman ki, Ermənistandan referendum keçirməyi tələb edəcək, bu isə vaxt aparacaq və hazırkı hökumətin daxili siyasi nüfuzunu sınağa çəkəcək”. (Apa)