“Moody's” beynəlxalq reytinq agentliyi dünyada İslam maliyyəsinin artmaqda davam edəcəyini proqnozlaşdırır.
FED.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
"İslam maliyyəsi müxtəlif dövlətlərin dəstəkləyici siyasəti, güclü tələb fonunda artmaqda davam edəcək, islami fondlar illik 4-5% böyümə nümayiş etdirəcək", - deyə “Moody's”in vitse-prezidenti və baş analitiki Ashraf Madani bildirib.
Bundan başqa, o, qeyd edib ki, ötən il dünyada 205 milyard dollar dəyərində islam maliyyəsi istiqrazları satılıb. Bu isə bu rəqəmin 190-200 milyard dollar arasında dəyişəcəyi gözlənilir. (Report)