Beynəlxalq reytinq agentliyi Moody's Gürcüstanın suveren reytinqini "Ba2" səviyyəsində təsdiqləyərək reytinqin proqnozunu "neqativ"dən "stabil"ə yüksəldib.
Azərbaycan Gürcüstana investisiya qoyuluşunu - 32 DƏFƏ ARTIRIB
FED.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Maliyyə Nazirliyi qeyd edib ki, proqnozların yaxşılaşmasının əsas səbəbi Gürcüstanın geosiyasi risklərə qarşı müqavimətidir. Moody's hesab edir ki, 2024-cü ildə Gürcüstan iqtisadiyyatı 5,5% artacaq, gələcəkdə fiskal sabitlik qorunacaq və bu, aşağı borc nisbətini saxlamağa kömək edəcək.
Yanvarda Gürcüstanda ÜDM-in real artımı 5,8% təşkil edib. 2023-cü ilin dekabrında parlament respublika iqtisadiyyatının 5,2% artacağını proqnozlaşdıran 2024-cü ilin büdcəsini təsdiqləyib. 2024-cü ildə nominal ÜDM-in 85,4 milyard lari (təxminən 32 milyard dollar) olacağı gözlənilir. Adambaşına düşən ÜDM 22 min laridən (8,1 min dollardan çox) çox olacaq. (Marja)