“Mol Bulak” bank olmayan kredit təşkilatı ( BOKT) 2017-ci il üçün hesabatını açıqlayıb.
FED.az “Mol Bulak” BOKT-un “Mənfəət və Zərər” haqqında hesabatına əsasən xəbər verir ki, BOKT-un 2017-ci ildə faiz gəlirləri 4 mln 469 min manat, faiz xərcləri isə 689 min manat olub. Sonda xalis faiz gəlirləri 2017-ci ildə 2016-cı illə müqayisədə 6,66% azalaraq 3 mln 780 min manata enib.
Haqq və komissiya xərcləri 109 min manat, xarici valyuta üzrə xalis zərər 178 min manat olub. Əməliyyat mənfəətin 2017-ci ildə ötən ilə nisbətən 3,72% azalaraq 3 mln 495 min manata enib. Bu dövrdə kadr xərcləri 1 mln 755 min manat, sair ümumi inzibati xərclər 1 mln 274 min manat təşkil edib.
Yekunda, BOKT 2017-ci ili 528 min manat mənfəətlə başa vurub. Xatırladaq ki, BOKT 2016-cı ili 3 mln 742 min manat zərərlə başa vurub.
FED.az “Mol Bulak” BOKT-un “Balans” hesabatına istinadən bildirir ki, BOKT-un 2017-ci il üzrə aktivləri 2016-cı ilə nisbətən 1,5 dəfə və ya 6 mln manat azalaraq 11 mln 585 min manata enib, cəmi kapital isə 5,71% artaraq 9 mln 761 min manata yüksəlib.
BOKT-un 2017-ci il üçün kredit portfeli 30,6% azalaraq 13 milyon 84 min manatdan 9 mln 80 min manata düşüb.
Xatırladaq ki, BOKT-un nizamnamə kapitalı 10 mln 408 min manatdır.
“Mol Bulak” çətinliklə mənfəətə çıxıb - HESABAT
16:20
17 Okt 2018