Vergilər Nazirliyi məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) nizamnamələrinin yeni nümunəvi formalarını hazırlayaraq, rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “Bir pəncərə” bölməsində yerləşdirib.
ELƏCƏ DƏ BAX :Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi - ARTIB
Nazirliyin Media və kommunikasiya mərkəzindən bildirilib ki, nizamnamənin nümunəvi formalarının yenilənməsi qanunvericiliyə edilən dəyişikliklərlə əlaqədardır.
Məlumata görə, Mülki Məcəllənin 87.10-cu maddəsinə əsasən, MMC-nin xalis aktivlərinin dəyərinin 50 faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar MMC iştirakçılarının ümumi yığıncağında qəbul edilir. Məcəllənin 91.1-4-cü maddəsinin yeni redaksiyasına əsasən, ümumi yığıncaqda cəmiyyətin paylarının 50 faizindən artıq hissəsinə malik olan iştirakçılar iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir.
Bütün bunlar nəzərə alınaraq, nümunəvi nizamnamə formalarında da dəyişiklik edilib. Dəyişikliyə qədər bu məsələlər hər bir MMC-nin öz nizamnaməsinə uyğun müəyyən olunurdu.