Şəhər- Bakı
Yaş- 24 - 40 yaş
Təhsil – Ali
İş barədə məlumat
- HR strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi;
- Vəzifə təlimatlarının hazırlanması;
– Vəzifələr üzrə kvalifikasiya və səriştəlik tələblərinin müəyyən edilməsi;
– Vakansiyaların elan edilməsi və namizədlərin seçilməsi;
– İşə qəbul və oriyentasiya planının hazırlanması və proseslərinin idarə olunması;
– Kadr bazasının yaradılması;
– Şirkət daxili prosedurların hazırlanması;
– İşçilərin təlim və motivasiya ehtiyaclarının müəyyən olunması;
– Təlimlərin planlaşdırılması, həyata keçirilməsində təşkilatı işlərin idarə olunması;
– Xidməti fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması, həyata keçirilməsi;
– İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək müqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, elektron Hökumət Portalına daxil edilməsi, sosial sığorta şəhadətnamələrinin sifariş olunması;
- Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
- İş qrafiki: 09:00-18:00;
- Əmək haqqı: 640 AZN;
Namizədə tələblər
-  Azərbaycan , rus və ingilis dilini mükəmməl bilməli;
 - MS Office proqramlarını, xüsusilə MS Excel proqramını yaxşı səviyyədə bilməli;;
-  AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
-  İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
-  İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
-  Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
 - Hüquq və ya insan resursları sahəsində ali təhsil;
 - Məsuliyyətli, diqqətcil və dəqiq, səbirli, mülayim, stressə dözümlü, gərgin iş rejimində çalışmaq qabiliyyəti;
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “İnsan Resursları üzrə Menecer – İRM” qeyd edərək [email protected] elektron ünvanına 26 oktyabr 2018-ci il tarixinədək CV göndərməsi tələb olunur. Müsahibə göndərilmiş CV əsasında aparılacaq.


            
                            
                            
                        
                
                
                
                
                
                
                
                
                
                
                
                







