Azərbaycanın milli valyutası – manat üzrə malların keçirilməsi həcmi 2020-ci ilin yanvar-iyul aylarında ixrac üzrə 25.2 mln. dollar, idxal üzrə isə 3.18 mln. dollar olub.
Eləcə də bax: IFC-dən Azərbaycan Mərkəzi Bankı ilə imzalanmış müqaviləyə dair - AÇIQLAMA
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat daxil olub.
Milli valyutamızın ixracdakı payı son bir ildə 0.25%-dən 0.28%-ə çatıb. Lakin, cüzi rəqəmlə idxalda tədavül olunan dolların payı isə 0.06%-dən 0.05%-ə qədər azalıb.
Sərbəst dönərli valyuta (SDV) ilə hesablaşmalarla ixracın həcmi 4 803.54 mln. dollar, idxalın həcmi 5 020.7 mln. dollar olub. SDV-nin ixrac üzrə payı son bir ildə 73.33%-dən 52.61%-ə qədər düşüb.
Digər bir artım tendensiyası isə qapalı valyuta ilə hesablaşmalarda qeydə alınıb. Məslən, cari ilin ilk 7 ayı ərzində 11.05 mln. manatlıq əməliyyat ixracda, 416. Mln. manat isə idxalda olmuşdur.
Bu öncəki ilin eyni dövründə 9.32 ixracda və 408.58 mln. manat ixracda olmuşdu.