2024-cü il ərzində Milli ödəniş sistemi vasitəsilə emal olunan əməliyyatların həcmi 760.2 mlrd. manat olub və ÜDM-in 6 mislini təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.
Gündəlik ödənişlərin həyata keçirilməsində istifadə olunan əsas ödəniş alətini debet və kredit kartları təşkil edib.
Bu kartlarla ölkə daxilində aparılan nağdsız ödənişlərin həcmi 2023-cü illə müqayisədə 61% yüksələrək 78.9 mlrd. manata çatıb.