"Azərbaycanda şənbə-bazar və bayram günlərində banklar işləmir. Başa düşürəm ki, istirahət edirlər. Bəs vətəndaşlar, xüsusi ilə turistlər pulunu necə dəyişsinlər?"
AMB: “Banklararası pul bazarında fəallıq yüksəlməkdədir”
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Rüfət Quliyev deyib.
"Qanuni lisenziya ilə işləyən 3-5 min valyutadəyişmə məntəqəsi ləğv edildi və bu səlahiyyət banklara verildi. Zəhmət olmasa, yenə də bu məsələyə baxılsın, insanlar əziyət çəkməsin", - deyə o qeyd edib. (Report)