“2024-cü ilin dövlət büdcəsində Milli Məclisin və onun aparatının saxlanılması üçün 50 milyon 919 min 10 manat vəsait nəzərdə tutulub”.
Gələn il Milli Məclisin ezamiyyət xərcləri 2 milyon manatdan çox olacaq
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri parlamentin iclasında Milli Məclisin işlər müdiri Firudin Hacıyev deyib.
O bildirib ki, xərclər smetasının ümumi dəyərinin 75,12 faizini əmək haqqı fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir.
F.Hacıyev əlavə edib ki, 2023-cü ilin xərclər smetasında nəzərdə tutulmuş vəsaiti hesabına Milli Məclisin avtoparkının maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə müxtəlif növ avtomobillər alınıb istismara verilib.