Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında “Kredit büroları haqqında” qanundakı dəyişiklik III oxunuşda təsdiq edilib.
FED.az xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kredit bürosuna ümumiyyətlə məlumat təqdim etməyəcəklər.
İndiyə qədər bu öhdəlik təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 000 manatdan çox olduqda var idi.