Kanadanın "49-dan 6-ı" milli lotereyasında 16 milyon Kanada dolları (12 milyon ABŞ dolları) qazanılıb.
FED.az xəbər verir ki, TASS-ın məlumatına görə, bu haqda oyunu keçirən OLG şirkətinin nümayəndələri bildiriblər.
Qeyd edilir ki, uduşa düşən nömrələr - 11, 12, 22, 36, 46 və 47 olub. Bonus sayı 7 olub.
Hal-hazırda iki qalibin olduğu məlumdur. Onlar əsas mükafatı öz aralarında böləcəklər. Bu uduşlu biletlərdən biri Ontario əyalətlərində, ikinci bilet isə ölkənin mərkəzi regionlarından birində satılıb.
ELƏCƏ DƏ BAX: Əsrlərin sınağından çıxmış qazanc üsulu – BİZNES TARİXİ
Lotereyada həmçinin 1 milyon Kanada dolları (750 min ABŞ dolları) məbləğində də "təsəlliverici mükafat" oynanılıb. Onu Ontarionun əyalətinin sakini udub.
Milli lotereyaların qaydalarına əsasən, mükafatın alınması üçün uduşlu qəbzi təşkilatçılara təqdim etmək lazımdır. Qalibin adı ictimaiyyətdən gizli saxlanılır.
Ötən ay Kanadada yerli sakin lotereyada milli valyuta ilə 9,6 milyon dollar (7,3 milyon ABŞ dolları) udub.