Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının növbəti iclası keçirilib.
FED.az Mərkəzə istinadən xəbər verir ki, iclasın gündəliyində duran əsas məsələ Şuranın tərkibində dəyişikliklərin edilməsi olub. Belə ki, MDM-in üzvü olan “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-nin direktor müavini Tələt Kalayev Şuranın üzvü, Əmanətlərin Sığortalanması Fondunun maliyyə direktoru Məmmədov Orxan Ələkbər oğlu müstəqil üzvü seçilib.
Qeyd edək ki, MDM-in Müşahidə Şurası beş nəfərdən ibarətdir və onun tərkibinə Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının iki nümayəndəsi, Mərkəzin üzvlərinin iki nümayəndəsi və bir müstəqil üzv daxildir.
Eləcə də bax: İcbari Sığorta Bürosunun rəhbərliyində dəyişikliklər olub