Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin edilib.
“PMD Group”un rəhbərliyinə - TƏYİNAT
FED.az xəbər verir ki, Mərkəzi Bankın daxili audit departamentinin direktoru Elçin Əlizadə Müşahidə Şurasının sədri seçilib. O bu vəzifədə Əli Əhmədovu əvəz edib.
Bundan əlavə, Mərkəzi Bankın kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru Umeyra İbrahimova isə MDM-in Müşahidə Şurasının sədr müavini seçilib.
Qeyd edək ki, Milli Depozit Mərkəzinin Müşahidə Şurası həmçinin iki üzvdən -Nadir Babazadə və Elçin Məmmədovdən ibarətdir. (Apa)