Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının iclası keçirilib.
Eləcə də bax: Milli Depozit Mərkəzinin xidmət haqları - Optimallaşdırılıb
FED.az quruma istinadən xəbər verir ki, iclasda Şuranın yeni tərkibi təsdiq edilib.
“Qiymətli kağızlar bazarı haqqında” qanuna uyğun olaraq Şuranın tərkibi 5 nəfərdən ibarət olmalıdır. Bunlardan 2-si Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndəsi, 2-si Mərkəzi Depozitarın üzvü, 1-i isə müstəqil üzvdür.
AMB-dən qurumun baş direktoru Əli Əhmədov Şuranın sədri, Kapital bazarına nəzarət departamentinin direktor müavini, kapital bazarına nəzarət şöbəsinin rəisi Samir İsmayılov Şuranın sədr müavini, Mərkəzi Depozitarın üzvləri qismində isə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin daxili nəzarət üzrə məsul şəxsi Elçin Məmmədov və “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-nin icraçı direktoru Nadir Babazadə Şuranın üzvləri seçilib.