Bu il iyulun 1-nə Milli Depozit Mərkəzində (MDM) 167 386 depo hesabı olub.
FED.az bu barədə MDM-yə istinadən xəbər verir.
Məlumata görə, bunun 99 %-i və yaxud 165 min 779-u fiziki şəxslərə, 1 %-i və yaxud 1 607-si isə hüquqi şəxslərə məxsus olub.
Hesabat tarixinə MDM-də ümumilikdə 103 min 536 aktiv hesab olub ki, bunun da 102 min 889-u fiziki şəxslərə, 647-si isə hüquqi şəxslərə aid olub.