Milli Depozit Mərkəzi (MDM) 2017-ci ili 225 min manat xalis mənfəətlə başa vurub.
FED.az xəbər verir ki, qurumun maliyyə hesabatlarına görə, bu, 2016-cı illə müqayisədə 2 dəfə azdır.
Ötən il MDM-in əməliyyat gəliri 3,672 milyon manat, əməliyyat xərci 3,616 milyon manat, maliyyə gəliri 181 min manat, maliyyə xərci 51 min manat, fövqəladə gəliri 51 min manat, mənfəət vergisi ödəmələri isə 67 min manat təşkil edib.
Bu ilin yanvarın 1-nə qurumun aktivləri 17,041 milyon manat olub ki, bu da illik müqayisədə 2,2 dəfə çoxdur. 2017-ci ildə MDM-in öhdəlikləri 6,2 dəfə artaraq 10,895 milyon manata, balans kapitalı isə 2,7% artaraq 6,146 milyon manata çatıb.
renkinq.az