Milli Depozit Mərkəzi bu ilin sentyabr ayında ödəniş agenti qismində dövlət qiymətli kağızları və korporativ istiqrazlar üzrə həyata keçirdiyi kupon ödənişlərinin məbləğini açıqlayıb.
FED.az xəbər verir ki, ötən ay qurum ümumilikdə 144 investor üzrə 70,3 milyon manat və 1,9 milyon ABŞ dolları məbləğində ödəniş edib.
Ödənişlər Maliyyə Nazirliyi, "Unibank" ASC, "PAŞA Bank" ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası”, "AzerGold" QSC, "Embafinans” QSC bank olmayan kredit təşkilatı (BOKT) və “Ferrum Kapital” MMC üçün həyata keçirilib. (Report)