Milli Depozit Mərkəzi bu il iyul ayında ödəniş agenti qismində dövlət qiymətli kağızları və korporativ istiqrazlar üzrə həyata keçirdiyi kupon ödənişlərinin məbləğini açıqlayıb.
FED.az xəbər verir ki, ötən ay qurum ümumilikdə 771 investor üzrə 122,2 milyon manat və 1,3 milyon ABŞ dolları ödəniş edib.
Ödənişlər Maliyyə Nazirliyi, İpoteka və Kredit Zəmanət Fondu, Dövlət Neft Şirkəti (SOCAR), "Embafinans” QSC bank olmayan kredit təşkilatı (BOKT) və “Ferrum Kapital” MMC üçün həyata keçirilib. (Report)