Milli Depozit Mərkəzi bu il fevral ayında ödəniş agenti qismində dövlət qiymətli kağızları və korporativ istiqrazlar üzrə həyata keçirdiyi kupon ödənişlərinin məbləğini açıqlayıb.
FED.az xəbər verir ki, ötən ay qurum ümumilikdə 61 investor üzrə 52 924 029 manat, o cümlədən Maliyyə Nazirliyinin 10 istiqraz buraxılışı üzrə 52 883 667 manat, “Embafinance” QSC bank olmayan kredit təşkilatının (BOKT 1 istiqraz buraxılışı üzrə 13 750 manat, "Bank BTB” ASC-nin 1 istiqraz buraxılışı üzrə 562 manat, “Ferrum Kapital” MMC-nin 1 istiqraz buraxılışı üzrə isə 26 050 manat ödəniş edib. (Report)