Milli Depozit Mərkəzi ötən ilin dekabr ayında ödəniş agenti qismində dövlət qiymətli kağızları və korporativ istiqrazlar üzrə həyata keçirdiyi kupon ödənişlərinin məbləğini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, ötən ay qurum ümumilikdə 119 investor üzrə 62 milyon manat və 742 min ABŞ dolları məbləğində ödəniş edib.
Ödənişlər Maliyyə Nazirliyi, "Unibank" ASC, "PAŞA Bank" ASC-nin Türkiyədəki törəməsi - "PAŞA Yatırım Bankası", "AzerGold" QSC və "Embafinans” QSC bank olmayan kredit təşkilatı (BOKT) üçün həyata keçirilib.